İsrail-Livan sərhədində hərbi toqquşmalar şiddətləndi

  • By admin
  • 15 Fevral 2024 16:44

İsrail Qəzzaya hücumlarını davam etdirərkən, Livan sərhədində gərginlik artır. Livana hücumunda çoxlu sayda insanın ölümünə səbəb olan İsrail ordusu “Hizbullah” hədəflərinə də hava hücumları təşkil etdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, İsrail ordusu Livanın cənubundakı “Hizbullah hədəfləri”nə hava zərbələri endirib.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee X sosial şəbəkə platformasında yaydığı açıqlamada bu səhər İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Sluki vadisindəki “Hizbullah hədəflərini” vurduğunu bildirib. Adraee qeyd edib ki, İsrail ordusu ötən gecə Livanın cənubundakı Taybe qəsəbəsindəki “Hizbullah hədəflərini” də vurub.

İsrail ordusu dünən Livan ərazisindən Safed şəhərindəki hərbi bazaya hücuma cavab olaraq Livanın cənub bölgəsinə böyük hava zərbəsi endirib. İsrailin hücumları nəticəsində 3-ü uşaq olmaqla 10 livanlı həyatını itirib, 20-dən çox adam yaralanıb.

İsrail ordusu Livanın Nəbatiyyə şəhərində Mercayun küçəsində yerləşən 5 mərtəbəli binanı hədəfə alıb. Ardıcıl 2 idarə olunan raketlə vurulan binada Hüseyn Bercavi və ailəsindən cəmi 5 nəfər həyatını itirib, dağıntılar altında qalan 2 nəfəri xilas etmək üçün axtarış-xilasetmə işlərinə başlanılıb.

İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında 8 oktyabr 2023-cü il tarixindən bu yana davam edən qarşıdurmalarda 196 “Hizbullah” üzvü, 41 Livan vətəndaşı, 8 “Əməl” hərəkatı, 12 HƏMAS, 12 “İslami cihad” üzvü, 1 əsgər, 2 Livan təhlükəsizlik məmuru, İsrail mülki vətəndaşı və 11 İsrail əsgəri həlak olub.

Gununsesi.info