
İsrail Müdafiə Qüvvələri (IDF) Beyrut ətrafında Hizbullah qruplaşmasının hədəflərinə dörd hava zərbəsi endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti xəbər verir.
“İsrail Beyrutun cənub ətrafına dörd zərbə endirib. Onlardan biri Beyrutun cənub ətraflarında yerləşən Moavad rayonunda Hizbullahın media ilə əlaqələr qurmasına yönəlib”, – mənbə bildirib.
Bundan əvvəl Livanın Moskvadakı səfiri Şavki Bou Nassar Rusiyadan Yaxın Şərqdəki münaqişənin həllinə diplomatik yardım göstərməyi xahiş edib.