İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumunda 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
Gununsesi.info WAFA-ya istinadən xəbəri verir ki, Livandakı Mülki Müdafiə Təşkilatı mənbələri, İsrail döyüş təyyarələrinin Cəmaət əl-İslamiyə bağlı Livan Təcili Yardım Dərnəyi Mərkəzinə hava hücumu təşkil etdiyini bildirib.
Agentliyin rəsmi məlumatına əsasən hücumda təcili yardım qrupundan 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
Şəbnəm
Gununsesi.info