İsrail mümkün qədər tez Livanın cənubunda quru əməliyyatı keçirmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi Daniel Həcəri bildirib.
“Düşmənə təfərrüatları açıqlamayacağam, amma bunu mümkün qədər qısa edəcəyik – günlər, həftələr, bunu düşmənə deməyəcəyəm” – deyə Həcəri bildirib.
Həcəri, İsrailin davam edən məhdud və lokallaşdırılmış əməliyyatın bir hissəsi olaraq “lazım olanı” edəcəyini vurğulayıb.
Bundan əvvəl İsrail ordusunun sözçüsü Avichai Edri bildirib ki, İDF Hizbullaha qarşı gərgin döyüşlər aparır.
Livan BMT-ni İsrailin dövlət ərazisinə davam edən zərbələri fonunda ölkəyə humanitar yardımın təhlükəsiz çatdırılması üçün hava dəhlizi yaratmağa çağırıb.