
İsrailin Livanın cənubunda atəş açması nəticəsində bir yaşlı qadın ölüb, bir nəfər isə yaralanıb.
Gununsesi.info xəbər verir ki, Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu hücum PUA-dan istifadə edərək Kefr Kella kəndindəki evlərdən birini atəşə tutub.
İsrailin hücumu nəticəsində 80 yaşlı Laike Serhan həlak olub, onun nəvəsi Ella əl-Qasim isə yaralanıb. Zərərçəkmiş Nəbatiyyə əyalətindəki xəstəxanaya yerləşdirilib.
Bununla da İsrailin oktyabrın 8-dən Livana hücumları nəticəsində həlak olan mülki vətəndaşların sayı 17-yə çatıb.
Gununsesi.info