İsrail Ali Məhkəməsində Baş nazir Benyamin Netanyahunun vəzifəsindən alınması müzakirə ediləcək.
Gununsesi.info xaerici mətbuata istinadən xəbər verir ki, bu barədə məhkəməyə iddia ərizəsi verilib.
Netanyahunun gətirmək istədiyi məhkəmə islahatından sonra çoxlu sayda insanlaırn meydanlara axışması məhkəməni hərəkətə keçirib.
İsrail Ali Məhkəməsi kritik bir qərar verəcək. Ərizə ilə bağlı məhkəmə toplantısı keçiriləcək.
İdia ərizəsini verənlər arasında keçmiş Baş qərargah rəisi də var.
Ali Məhkəmə “maraq toqquşması anlaşmasının pozuntusu”nu əsas göstərərək Netanyahunun Baş nazirlikdən alınmasının tələb edildiyi ərizəni dəyərləndirmək üçün iclas gerçəkləşdirəcək.
Hökuməmtin mübahisəli məhkəmə islahatına qarşı çıxan keçmiş Baş qərargah rəisi Dan Halutz və “Demokratik Sipər” adlı bir qrup fəal tərəfindən verilən ərizədə Netanyahu “maraq toqquşması anlaşmasının pozuntusu”nda ittiham edilir.
Netanyahunun yeni məhkəmə paketi qərarını müxalifət “demokratiyaya zərbə” olaraq açıqlayır.
Xatırladaq ki, Netanyahu ilə bağlı məhkəmə prosesi başladılarsa, onun 2019-cu ildəki rüşvət, korrupsiya və vəzifəsindən sui-istifadədə ittham edilə bilər. Çünki həmin il İsrailin Baş prokurorluğu Baş naziri bu maddələrlə ittiham etmişdi. Netanyahu haqqındakı hüquqi mübahisə Qüdsdəki İsrail Mərkəzi Məhkəməsində davam edir.
Tərcümə: Arzu