HƏMAS ilə əldə olunan razılaşma çərçivəsində bu gün axşam saatlarında İsrail həbsxanalarından buraxılması gözlənilən məhbusların adları açıqlanıb. Azad ediləcəklər arasında ictimaiyyət arasında “cəsur fələstinli qız” kimi tanınan məşhur fəal da var.
Gununsesi.info bildirir ki, Fələstinli Məhbuslar Dərnəyindən verilən yazılı açıqlamada, 30 fələstinli məhbusun bu gün axşam saatlarında İsrail həbsxanalarından buraxılmasının gözlənildiyi bildirilib.
Sərbəst buraxılacaq fələstinli məhbuslardan 15-nin uşaq, 15-nin qadın olduğu qeyd edilib.
İsrail həbsxanalarından buraxılması gözlənilən məhbuslar arasında “cəsur fələstinli qız” kimi tanınan Ahed Tamiminin də olduğu bildirilib.
Ahid Tamimi 2017-ci ildə İsrail qüvvələri tərəfindən həbs edilib və 8 ay həbsdə qalıb.
Tamimi noyabrın 6-da İsrail qüvvələri tərəfindən həbs edilib.
Həyatında üç dəfə İsrail gülləsi ilə yaralanan və Hanzala Cəsarət Mükafatını qazanan “cəsur fələstinli qız” Et-Tamimi dünyanın gündəminə düşüb.
Gununsesi.info