İsrail mətbuatı yazdı: Həmas İsrail kəşfiyyatını belə aldadıb

  • By admin
  • 07 Noyabr 2023 12:17

İsraildə ivrit dilində yayımlanan “Walla” internet saytı HƏMAS-ın 7 oktyabr hücumundan əvvəl 18 ay ərzində İsrail kəşfiyyatını saxta videolarla aldatdığını yazıb.

Gununsesi.info-nun məlumatına görə, “Walla” internet saytının xəbərlərində oktyabrın 7-də səhər saatlarında Həmas və Fələstin qruplarının təşkil etdiyi “Əqsa tufanı” əməliyyatından əvvəl həyata keçirilən “aldatma” ilə bağlı təfərrüatlar yer alıb.

Xəbərdə HƏMAS-ın əməliyyatdan 18 ay əvvəl “məşq videolarını qəsdən paylaşdığı” və sözügedən qrupun “gülünc və qeyri-peşəkar” təlimlər təşkil edərək İsrail kəşfiyyatını çaşdırdığı bildirilib.

Xəbərdə HƏMAS-ın oktyabrın 7-dən əvvəl üzvlərinin təlimləri ilə bağlı məlumat və videoları bilərəkdən paylaşdığı, eyni zamanda İsrail kəşfiyyat xidmətlərinə “müntəzəm təlimlər keçirdiyini” bildirməyə istiqamət verdiyi ifadə edilib.

“Həmas 18 ay ərzində aldatma yolu ilə böyük bir qəfil hücuma hazırlaşır”. Xəbərdə adi hala çevrilən təlimlərin Fələstin mediasında da yayımlandığı qeyd edilib.

Qeyd edilib ki, İsrail ordusu və kəşfiyyatı bu şəkildə “ağılları küt” olub ki, İsrailin yüksək rütbəli komandirləri “sayıqlıq vəziyyətinə gedə bilməsinlər”.

Xəbərdə HƏMAS-ın təlimləri zamanı “dənizə doğru raketlərin atıldığı, məsafənin ölçüldüyü və döyüş sursatlarının öyrədilməsi” ilə bağlı məlumatlar yer alıb.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının “aldatma və təlim əməliyyatı” çərçivəsində təlim klipləri hazırladığı vurğulanıb.

Təlim videolarında HƏMAS üzvlərinin atəş halqasından tullanması, yerdə yuvarlanması, motosikletdən və ya avtomobildən tullanmasının İsrail kəşfiyyatı tərəfindən “absurd və qeyri-peşəkarlıq” kimi qiymətləndirildiyi bildirilib.

Gununsesi.info