HƏMAS-ın başlatdığı “Əqsa tufanı” əməliyyatının ardından İsrail Fələstində qırğın hücumlarını davam etdirərkən, İsraildən müharibənin bitməsi ilə bağlı açıqlama gəlib.
Gununsesi.info xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun sözçüsü Ofir Gendelman ərəb mətbuatına açıqlamasında qəzzalılara müraciət edib.
“Qəzzalılara səslənirəm. Bu gün müharibəni iki şərtlə bitirmək olar. Birincisi, oğurlananların hamısı azad edilməlidir. İkincisi, HƏMAS təslim olmalıdır”, – deyə o bildirib.
İsrail ordusunun Qəzza zolağının cənubunda irəlilədiyini bildirən Gendelman İsrail əsgərlərinin HƏMAS-ın liderlərindən Yəhya Sinvarı “bir an əvvəl həbs etmək” üçün “evini mühasirəyə aldığını” iddia edib. Lakin Gendelman Sinvarın sözügedən evdə olub-olmaması ilə bağlı məlumat paylaşmayıb.
İsrail sözçüsü həmçinin “Həmas məhv edildikdən sonra qəzzalıların həyatının yaxşılaşacağını və inkişaf edəcəyini” iddia edib.
Gununsesi.info