İsrail nazirlərinin bəyanatlarına ABŞ-dan sərt reaksiya

  • By admin
  • 03 Yanvar 2024 09:15

ABŞ İsrail nazirlərinin “Fələstinlilərin Qəzza zolağına könüllü köçməsi” ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Gununsesi.info bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller yazılı açıqlamasında Qəzza əhalisinin köçü ilə bağlı İsrail nazirlərinin açıqlamalarına reaksiya verib.

Miller İsrail nazirləri Bezalel Smotrich və İtamar Ben-Qvirin ritorikasını “təxribatçı və məsuliyyətsiz” adlandırıb və ABŞ-ın Qəzzə xaricində fələstinlilərin məskunlaşdırılmasını müdafiə edən bəyanatları rədd etdiyini bildirib.

Baş nazir Binyamin Netanyahu da daxil olmaqla İsrail rəsmiləri tərəfindən dəfələrlə onlara bu cür bəyanatların İsrail hökumətinin siyasətini əks etdirmədiyi barədə deyildiyi məlumatını paylaşan Miller bu cür açıqlamaların dərhal dayandırılması lazım olduğunu qeyd edib.

Digər tərəfdən, Fransanın BMT-dəki (BMT) Daimi Nümayəndəsi Nikola de Riviere ölkəsinin qQəzzada insanların məcburi köçkünlüyünə dəstək verməyəcəklərini bildirib.

O, Fələstin xalqını Qəzzanı tərk etməyə məcbur etmək və yenidən müstəmləkə vəziyyətinə salmaq kimi fikirlərin “absurd” olduğunu söyləyib.

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir X sosial media platformasındakı paylaşımında köç edəcək fələstinlilərin məskunlaşması ilə bağlı “Dünyada bizə kömək edəcək tərəfdaşlarımız var” deyib. Naizr bu tərəfdaşların kimlər və hansı ölkələr olduğu barədə məlumat verməyib.

İfrat sağçı maliyyə naziri Smotriç də bildirib ki, “Qəzza zolağı üçün doğru həll qaçqınları qəbul edən ölkələrə könüllü miqrasiyanı təşviq etməkdir”.

ABŞ prezidenti Co Bayden də İsrailin baş naziri Binyamin Netanyahunun hökuməti dəyişməli olduğuna diqqət çəkərək, “Hökumət işləri çox çətinləşdirir” deyib.

Gununsesi.info