İsrail ölən Türkiyə vətəndaşlarına görə 20 milyon dollarlıq təzminat ödəyib

  • By admin
  • 23 İyun 2017 15:25

1540701_940x531

İsrail 2010-cu ildə “Mavi Mərmərə” gəmisində öldürülən 10 Türk vətəndaşına görə nəzərdə tutulan 20 milyon dolları ödəyib. 

Gununsesi.info haberturk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri Naci Bakan Ağbal deyib.

Onun sözlərinə görə, İsrail “Mavi Mərəmrə” gəmisində həyataını itirən Türkiyə vətəndaşlarına görə lazım olan təzminatı ödəyib.

Maliyyə naziri onu da bildirib ki, təzminatlar artıq gəmidə həyatını itrən ailələrə də ödənilib.

2016-ci ildə iki ölkə arasında bununla bağlı razılaşma əldə olunub və bu razılaşamaya əsasən İsrail 2010-cu ildə “Mavi Mərmərə” hadisəsi zamanı həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Bundan başqa, İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail hərbçiləri basqın etdi və nəticədə 10 Türk vətəndaşını həyatını itirdi.

Gununsesi.info