
İsrail ordusu hücumlarını davam etdirdiyi Qəzza zolağından bir diviziyasını geri çəkəcəyini açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, İsrail ordusu radiosundan verilən açıqlamada Qəzza zolağında 3 diviziyanın döyüşü davam etdirəcəyi, 36-cı diviziyanın da geri çəkiləcəyi bildirilib.
İsrail ordusu dekabrın 31-də verdiyi bəyanatda 551-ci ehtiyat briqadası, 14-cü briqada və üç təlim briqadasını Qəzza zolağından çıxaracağını açıqlayıb.
İsraildə yerləşən “Walla” xəbər saytı və Kanal 12 televiziyası dekabrın 21-də Colani Briqadasının qoşunlarının ağır itki verdikdən sonra istirahət etmək üçün Qəzza zolağından geri çəkildiyini açıqlayıb.
Bundan əlavə, İsrailin rəsmi televiziyası KAN-ın yanvarın 4-də yaydığı xəbərdə ordunun Qəzza zolağının bəzi bölgələrində daha kiçik hərbi qüvvələrlə müharibənin üçüncü mərhələsinə daxil olduğu bildirilib.
Lakin İsrail ordusu üçüncü mərhələyə keçidlə bağlı rəsmi açıqlama verməyib.
Gununsesi.info