
İsrail hökuməti hazırda “ağıllı” saatın yaradılması texnologiyası üzərində iş aparır.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun sözçüsü Ovijaa Odraei məlumat verib. O bildirib ki, “ağıllı” saatın köməyi ilə müharibə zamanı yaralanan əsgərlərin xilas edilməsinə yardım ediləcək və onların səhhəti barədə səhih məlumat veriləcək.
O. Odraeinin sözlərinə görə, “ağıllı” saat sensorları vasitəsilə yaralı əsgərlərin qızdırmasını, nəbzini və qandakı oksigen səviyyəsini ölçərək, toplanmış məlumatları müvafiq səhiyyə quruplarına ünvanlayacaq: “Bununla da vaxt itirmədən yaralı əsgərlərə tez bir zamanda tibbi yardım göstərmək mümükün olacaq”.
Ordu sözçüsünün xəbərinə görə, İsrail yaxın 3 il ərzində “ağıllı” saatın istehsalına da başlayacaq.
Anar
Gununsesi.info