
İsrail ordusu blokadada olan Qəzza zolağının müxtəlif bölgələrinə gecə boyu zərbələr endirib, çoxlu sayda ölü və yaralı var.
Gununsesi.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail aviasiyası Xan Yunusda mülki vətəndaşların olduğu binalara ardıcıl zərbələr endirib. İsrailin hava hücumu nəticəsində əksəriyyəti uşaqlar olan 26 fələstinli ölüb, onlarla insan yaralanıb.
Öz növbəsində, mülki müdafiə qüvvələri jurnalistlərə bildiriblər ki, bölgədə axtarış-xilasetmə əməliyyatları hələ də davam edir, dağılmış binaların dağıntıları altından çoxlu ölü cəsədləri çıxarılıb.
Bu arada şahidlər bildiriblər ki, İsrail ordusu İndoneziya xəstəxanasının ətrafını həm havadan, həm də qurudan atəşə tutub.
Bundan əlavə, Cəbəliyə qaçqın düşərgəsi və Əl-Meqazi qaçqın düşərgəsindəki Böyük Məscid də İsrailin hücumlarına məruz qalıb.
Yerli mənbələr İsrailin Qəzza zolağına gecədə endirdiyi hava zərbələri və top atəşləri nəticəsində onlarla fələstinlinin öldüyü və yaralandığı bildirilib.
Gununsesi.info