İsrail hərbçiləri anklavda hərbi əməliyyatlar başlayandan bəri Qəzza zolağında HƏMAS-ın 11 möhkəmləndirilmiş hərbi mövqeyini ələ keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“SAXAL bölmələri Qəzza zolağında hərbi əməliyyatları davam etdirir. Quru əməliyyatı başlayandan bəri İsrail HƏMAS-ın 11 hərbi mövqeyini nəzarətə götürüb”, – məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, gecə saatlarında İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağının şimalında HƏMAS-ın İsrail ordusuna qarşı istifadə etdiyi binalara hücum edib. “HƏMAS-ın dəniz texnikasının saxlandığı anbarlar da hücuma məruz qalıb. Qəzza zolağında Əl-Şati düşərgəsi ərazisindəki binaların içərisində hərbi hədəflər aşkar edən piyadaların xəbərindən sonra donanma bu obyektlərə hücum edib”, – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, əsgərlər “Qəzza zolağında məktəb yaxınlığındakı yeraltı tunel aşkarlayıb, məhv ediblər” və həmçinin “qoşunların istifadə etdiyi mühüm tranzit zona”nın yaxınlığında tapılan bomba yüklü avtomobili partlatmaq üçün drondan istifadə ediblər.
Gununsesi.info