
İsrail ordusu onilliklərdir davam edən təcrübəni ləğv edib. İsrailin yeni Baş Qərargah rəisi Eyal Zamir ordunun “bağlantılar” olaraq da bilinən dini bayramlar zamanı artıq kütləvi məzuniyyətə çıxmayacağını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin yeni Baş Qərargah rəisi Eyal Zamir yüksək rütbəli hərbçilərlə görüşdə danışır.
“2025-ci ilin müharibə ili olacağını ” deyən Zamir, yəhudi bayramlarında ordunun böyük bir hissəsinin eyni vaxtda məzuniyyətə çıxmasına icazə vermə praktikasını ləğv etdiyini açıqlayıb.
O, normal məzuniyyətin davam edəcəyini, lakin eyni vaxtda bütün bölmələrə şamil edilməyəcəyini bildirib.
Orxan