
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı “Hizbullah”ın hərbi obyektinə hücum edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hücum təşkil olunan obyektdə silah istehsal edildiyi müəyyənləşib.
Hərbi obyekt Beyrutdan 55 km şərqdə yerləşən Nəbi Şit kəndi yaxınlığında yerləşir.
Gununsesi.info