İsrail ordusu: Livandan 50-yə yaxın raket atılıb

  • By ilhame
  • 24 Mart 2024 09:18

İsrail ordusu Livandan ölkənin şimalına 50-yə yaxın raket atışını qeydə alıb və hücumların həyata keçirildiyi ərazilərə zərbələr endirib.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

“Bir müddət əvvəl Livandan İsrailin şimalına doğru 50-yə yaxın raket buraxılışı qeydə alınıb, onlardan bir neçəsinin qarşısı alınıb, qalanları isə yaşayış olmayan ərazilərə düşüb. Təyyarələr buraxılış qurğularına hücum edib, onlardan bəzilərinin buraxılışı müəyyən edilib”, – İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

Gununsesi.info