İsrail ordusu Livandan atılan raketi vurdu

İsrail ordusu Livandan atılan raketin məhv edildiyini bildirib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) açıqlamasında deyilir.

Livanın NNA xəbər agentliyinin məlumatına görə, Livanın cənubundakı Sur şəhəri ilə sərhəddə yerləşən kənddə güclü partlayış baş verib.

Partlayış səslərinin sərhəd bölgəsində havada partlayan Patriot raketinə aid olduğu qeyd edilir.

Gununsesi.info