İsrail ordusu Qəzzaya hücumların başladığı 7 oktyabrdan bu yana 345 əsgər itirdiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, İsrail ordusunun sözçüsü Daniel Haqari keçirdiyi mətbuat konfransında oktyabrın 7-dən bu yana öldürülən hərbçilərin sayının 345-ə yüksəldiyini bildirib.
Qəzzaya hücumların davam edəcəyini bildirən rəsmi, HƏMAS-ı “bitirmək” niyyətində olduqlarını qeyd edib.
Gununsesi.info