İsrail ordusu Qəzza zolağı ilə sərhəddə yerləşən ərazilərə tam nəzarəti təmin edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda İsrail ərazisində silahlı fələstinli qrupların praktiki olaraq heç bir üzvü qalmadığına əminlik ifadə olunub.
Məlumata görə, İsrail hərbçiləri çoxlu sayda silah-sursat müsadirə edib.
Qeyd olunur ki, qarşıdurmalar zamanı İzzəddin əl-Qəssam briqadasının çoxlu üzvü həlak olub.
Oktyabrın 7-də səhər saatlarında İzzəddin əl-Qəssam briqadasının HƏMAS hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
Öz növbəsində İsrail ordusu onlarla döyüş təyyarəsindən istifadə edərək Qəzza zolağına hücumlara başladığını elan edib.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin Qəzza və İordan çayının qərb sahilinə hücumları nəticəsində 143-ü uşaq olmaqla 700-dən çox adam ölüb, 4000-ə yaxın adam yaralanıb.
İsrail mediası da 800 nəfərin öldüyünü və 2300-dən çox israillinin yaralandığını bildirib.
Səid Əhmədli
Gununsesi.info