İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

  • By ilhame
  • 02 İyun 2024 09:27

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə İsrailin “Walla” xəbər portalı xəbər yayıb.

 

Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri, Deyr əl-Bələh, Qəzza şəhərinin cənub hissəsi və Əl-Buric şəhəri də var. Həmçinin bildirilir ki, İsrail ordusu Qəzza zolağının şimalında bir neçə hədəfi atəşə tutub.

Gununsesi.info