![](https://www.gununsesi.info/wp-content/uploads/2023/11/israil-tank.jpg)
Qəzza zolağında quru əməliyyatındakı toqquşmalar zamanı daha bir İsrail ordusunun 1 hərbçisi ölüb, dördü isə ağır yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda bir İsrail ordusu əsgəri öldürülüb. Nazirlik bildirib ki, daha 4 İsrail hərbçisi, o cümlədən zabit rütbəsinə malik ehtiyatda olan hərbçilər ağır yaralanıb.
Beləliklə, İsrail ordusunun Qəzza zolağında itkiləri oktyabrın 31-dən bu yana 35-ə yüksəlib.
Bundan əlavə, İsrail ordusu Qəzzanın şimalındakı Cəbəliyyə bölgəsinin qərb hissəsində baş verən toqquşmalardan sonra qoşunlarının irəlilədiyini bildirib.
Gununsesi.info