İsrail hərbçiləri Qəzza zolağında HƏMAS hərəkatının hakimiyyətinin simvollarından biri olan Ədliyyə Nazirliyi və Ali Məhkəmənin binasını partladıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun radiosu məlumat yayıb.
Məhkəmə kompleksinin partladılma tarixi açıqlanmayıb.
Ötən cümə İsrail və Həmas arasında humanitar atəşkəsin müddəti başa çatıb və rəsmi olaraq uzadılma elan edilməyib. İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, HƏMAS döyüş əməliyyatlarında atəşkəsi pozaraq İsrail ərazisinə atəş açıb və İsrail hərbçiləri Qəzza zolağında Həmasa qarşı döyüşləri bərpa edib.
Gununsesi.info