İsrail ordusu Qəzzanın ən böyük xəstəxanasını mühasirəyə aldı

  • By admin
  • 15 Noyabr 2023 08:48

İsrail hərbçiləri Qəzza zolağında “Şifa” xəstəxanasının reanimasiya şöbəsini atəşə tutub.

Gununsesi.info xəbər verir ki, İsrail ordusu quru əməliyyatı zamanı Qəzzanın ən böyük xəstəxanasını mühasirəyə alıb.

Qəzza Səhiyyə Nazirliyinin təqdim etdiyi kadrlarda partlayış baş verən ərazidə əmələ gələn toz səbəbindən tibb işçilərinin nəfəs almaqda çətinlik çəkdiyi görünür.

Həkimlərin sözlərinə görə, reanimasiya şöbəsində olan xəstələr təxliyə edilib.

Gununsesi.info