İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, İsrail əsgərləri blokada altındakı Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin mərkəzinə daxil olub.
Gununsesi.info xəbər verir ki, Təl-Əvivdə keçirdiyi mətbuat konfransında Qalant İsrail ordusunun Qəzza zolağına hücumlarından danışıb.
Gallant bildirib ki, İsrail qüvvələri Qəzza şəhərində HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına məxsus “hədəflərə” hava, quru və dənizdən koordinasiyalı zərbələr endirib. O əlavə edib ki, ordu Qəzza şəhərinin blokadasını gücləndirib.
Nazirin sözlərinə görə, İsrail qoşunları şimaldan və cənubdan Qəzza şəhərinin “ürəyinə” doğru irəliləyir və yaşayış məntəqələrinə daxil olmağa çalışır.
Qəzzaya hücumlara humanitar fasilə verilməsi çağırışlarına cavab verən İsrailin müdafiə naziri Qəzzada məhbuslar azad edilmədən bunun mümkün olmayacağını təkrarlayıb.
İsrailli nazir Livanla sərhəddəki gərginliyə də münasibət bildirib.
Gallant deyib ki, onların Hizbullahla müharibə etmək niyyəti yoxdur.
Gununsesi.info