İsrail ordusu Qəzza zolağına zərbələr endirib

  • By admin
  • 18 Fevral 2018 16:55

Israil ordusu HƏMAS hərəkatının Qəzza zolağındaki mövqelərinə aviazərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin Twitter-də dərc edilən məlumatında bildirilir.

“Ümumilikdə bizim qüvvələr HƏMAS-ın 18 mövqeyinə cavab zərbələri endirib”,- deyə məlumatda qeyd olunur.

Aviazərbələrin HƏMAS tərəfindən İsrail hərbi patrulun fuqas vasitəsi ilə partladılmasına cavab olaraq həyata keçirildiyi bildirilib.

Gununsesi.info