İsrail ordusu Suriyaya hücum etdi: ÖLƏNLƏR VAR

  • By admin
  • 18 Noyabr 2020 11:30

İsrail ordusu Suriya ərazisindəki İran qüvvələrinə, həmçinin Suriya hərbçilərinə zərbələr endirib.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

İsrail ordusunun Tvitter hesabında Qüds briqadasının Dəməşqdə yerləşən birləşməsinə zərbələr endirildiyi bildirilib.

Suriyanın SANA dövlət agentliyi hərbi mənbəyə istinadən İsrailin Suriya ərazisinə raket hücumları nəticəsində üç nəfərin öldüyünü yazıb.

Gununsesi.info