İsrail ordusu blokadada olan Qəzza zolağının şimalında un çatdırılmasını gözləyən fələstinli izdihamı atəşə tutub. Hadisə nəticəsində 6 nəfər ölüb, 83 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, elektrik enerjisinin olmamasına baxmayaraq yüzlərlə fələstinli gecə yarısı bir kisə un əldə etmək ümidi ilə Küveyt sərhədinə gəlib.
Hücumdan sonra onlarla yaralı fələstinli “Əş-Şifa” xəstəxanasına aparılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yaralıların və ölənlərin cəsədlərinin xəstəxanaya göndərilmək üçün humanitar yardım aparan yük maşınına necə yükləndiyi görünür.
Gununsesi.info