İsrail ordusunda istefa: Yüksək vəzifəli kəşfiyyat zabiti vəzifəsindən getdi

  • By admin
  • 14 Mart 2024 14:15

İsrail ordusunun yüksək vəzifəli kəşfiyyat zabiti 7 oktyabr hücumuna səbəb olan uğursuzluqlara görə istefa vermək niyyətində olduğunu açıqlayıb.

Gununsesi.info bildirir ki, İsrail dövlət televiziyası KAN-da yer alan xəbərə görə, Hərbi Kəşfiyyat Araşdırma Birliyinin rəhbəri, briqada generalı Amit Saar istefa verib.

O, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının hücumuna səbəb olan uğursuzluqlar səbəbindən istefa verməsi ilə bağlı bəyanatını Baş Qərargah rəisi Herzi Halevi və Baş Qərargah rəisi Herzi Halevinin qatıldığı konfransda verib.

İsrail ordusundan verilən yazılı açıqlamada, 7 oktyabr hücumunun hazırlıqlarından xəbəri olmayan və ya hücumdan əvvəl lazımi tədbir görmədiyi düşünülən hərbi birləşmələrin daxili araşdırmalar aparacağı açıqlanıb. Bildirilib ki, araşdırmalar 2018-ci ilin martından 2023-cü il oktyabrın 10-dək olan 5 il ərzində orduda baş vermiş əməliyyat uğursuzluqlarına yönələcək.

Hər komandanlıq tərəfindən aparılacaq araşdırmalardan əldə edilən tapıntıların iyunun əvvəlində İsrail Baş Qərargah rəisi Herzi Haleviyə təqdim edilməsinin planlaşdırıldığı bildirilib.

 

Gununsesi.info