İsrail öz vətəndaşını PUA ilə öldürdü

  • By admin
  • 16 Yanvar 2024 15:24

İsrail ordusu Qəzza zolağının sərhədini keçən 29 yaşlı İsrail vətəndaşı Avihu Morini “silahlı fələstinli” ilə səhv salaraq öldürüb.

Gununsesi.info bildirir ki, İsrailin “Haaretz” qəzetində yer alan xəbərə görə, 29 yaşlı israilli Avihu Mori oktyabrın 7-dən təxminən 2 həftə sonra naməlum səbəbdən Qəzza sərhədini keçib.

Qohumları Mori ilə əlaqə saxlaya bilməyəndə polisə itkin düşmüş şəxs haqqında ərizə verib. Araşdırmalardan sonra məlum olub ki, Mori İsrail ordusuna məxsus PUA-nın sərhədin Qəzza tərəfinə təşkil etdiyi hücumda onu “silahlı fələstinli” kimi səhv salaraq öldürülüb.

Qəzetə danışan Dqanit Mori-Maymon qardaşının oktyabrın 23-də qəfildən yoxa çıxdığını bildirib. Dqanit bildirib ki, anası əvvəlcə qardaşının dostunun evinə getmiş ola biləcəyini düşünüb, lakin sonradan polisə müraciət ediblər.

“Qardaşım sərhədi keçmək və hasara yaxınlaşmaq qərarına gəldikdə, səhvən onu “terrorçu” kimi tanıdılar və PUA hücumunda öldürüldü”, – deyə Dqanit bildirib.

İsrail ordusu Haaretz-in müraciəti əsasında Morinin İHA hücumunda öldürüldüyünü təsdiqləsə də, İsrail rəsmilərinin bu günə qədər ailə ilə əlaqə saxlamadığı diqqətə çatdırılıb.

Gununsesi.info