İsrail parlamentinin deputatı Netanyahunu istefaya çağırdı – FOTO

  • By admin
  • 20 Dekabr 2023 14:52

Müxalif Yeş Atid (Gələcək var) partiyasından olan Knesset üzvü Merav Koen baş nazir Benyamin Netanyahunu istefaya çağırıb və onu dövlətin “boynundakı dəyirman daşı” adlandırıb.

Gununsesi.info-nun məlumatına görə, deputat X sosial şəbəkəsində video yayımlayıb və qeyd edib ki, müharibə şəraitində belə fikir bildirmək ona ağrı verir, lakin başqa çıxış yolu yoxdur.

Merav Koen

“Bir baş nazir (Netanyahu) uğursuzluğa düçar olanda, uğursuzluğa davam edəndə və bu işə uyğun olmadığını, səhv şəxs olduğunu, yanlış zamanda yanlış yerdə olduğunu sübut etdikdə, o, dərhal dəyişdirilməlidir. Bizə bunu 1940-cı il mayın 10-da, İkinci Dünya Müharibəsinin başlamasından təxminən 9 ay sonra baş nazir Nevil Çemberlenni əvəz edən ingilislər öyrətdi”, – deputat bildirib.

“”İndi vaxtı deyil” deyənlər olacaq”, – deyə Kohen əlavə edib. “Ancaq Çörçill (keçmiş Britaniya baş naziri) müharibə zamanı Çemberleni əvəz etməsə və Britaniyada birlik hökuməti yaratmasaydı, bu gün dünya necə olardı? Netanyahu uğursuzdur”, Knesset üzvü əmindir.

O, Netanyahunun müharibə başlayandan sonra israillilərin ölkənin cənub və şimalındakı evlərindən təxliyəsi məsələsini həll edə bilməməsinə diqqət çəkib.

Koen həmçinin 2023-cü il büdcəsini təhlükəsizlik baxımından uğursuz adlandırıb. “Baş nazir kimi Netanyahu İsrail dövlətinin və cəmiyyətinin boynunda dəyirman daşına çevrilib”, o əlavə edib.

 

Gununsesi.info