
Qüds şəhərində bir neçə fələstinlinin İsrail vətəndaşlarına qarşı silahlı hücum həyata keçirildiyinə dair iddialar səsləndirilir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidi yaxınlığında baş verdiyi bildirilir.
Belə ki, dərhal hadisə yerinə polis əməkdaşları cəlb edilib. Nəticədə İsrail polisi 3 fələstinli qətlə yetirib.
Qeyd edək ki, Qüds şəhərində baş verən məlum hücumdan sonra Əl-Əqsa məscidi bağlanılıb.
Anar
Gununsesi.info