İsrail polisi və fələstinlilər arasında qarşıdurma - 173 YARALI

  • By admin
  • 29 Dekabr 2017 21:04

Bu gün İordan çayının qərb sahilində İsrail polisi ilə toqquşmalarda 176 fələstinli xəsarət alıb

Gununsesi.info xəbər verir ki, yaralılardan 43-ü xəstəxanalara çatdırılıb.

İordan çayının qərb sahilində və Qəzza zolağında “Qəzəb günü” HƏMAS və “Fəth” hərəkatlarının çağırışı ilə keçirilir.

Etirazlara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi qərarıdır.  Qeyd edək ki,  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar dekabrın əvvəlindən davam edir.

Gununsesi.info