İsrail Prezidenti bunu müharibənin “həlli” adlandırdı

  • By ilhame
  • 18 Yanvar 2024 19:29

“Səudiyyə Ərəbistanı ilə normallaşma prosesi Qəzzada müharibədən çıxmaq üçün açardır”.

 

Gununsesi.info xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq İsveçrənin Davos şəhərində təşkil edilən sayca 54-cü Dünya İqtisadi Forumunda (DİF) etdiyi çıxışı zamanı deyib.

 

Hersoq bildirib ki, Səudiyyə Ərəbistanı ilə normallaşma Qəzzada müharibədən çıxmaq və Tel-Əviv administrasiyası üçün yeni üfüq açmaq üçün açardır:

 

“Ər-Riyad administrasiyası ilə normallaşma hələ həssas və kövrək məsələdir”.

 

Gununsesi.info