İsrail Prezidenti Hersoq: Ölkəni parçalayan dərin bir fitnənin içindəyik

  • By admin
  • 16 Yanvar 2023 17:03

İsrailin Prezidenti İsaak Hersoq ölkəsinin dərin bir toqquşmanın və ixtilafın içində olduğunu söyləyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Hersoq ölkədə yaşanan son hadisələr haqqında açıqlamalar verib. Prezident özünü, İsrail xalqını və ölkə çölündəki israilliləri narahat edən siyasi olaylarla bağlı fikirlərini açıqlarkən hazırkı Baş nazir Binyamin Netanyahunun liderliyindəki hökuməti məhkəmənin bəzi yetkilərini İsrail Parlamentinə təslim etmə həmlələrinə qarşı hərəkətsizlikdə ittiham edib.

Ölkə Prezidenti ona qarşı yönəldilən tənqidlərə hörmətlə yanaşdığını dilə gətirib.

Hersoq mövzu ilə bağlı hazırkı prosesdə Prezident olaraq iki gərgin rola kökləndiyini bildirib: “Onlardan biri tarixi konstitusion böhranı önləmək və xalqın içində davam edən parçalanmağı əngəlləməkdir”, – deyə siyasətçi vurğulayıb.

Bununla bağlı Prezident Hersoq ixtilafa düşən tərəflər arasında bir dialoq yaratmaq üçün görüşmələrdə olduğunu açıqlayıb.

Xatırladaq ki, İsraildə radikalı sağçı hökumətin Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırmaq həmləsi ölkə içində çəkişmələrə səbəb olmuşdu.

İsrailin Ədliyyə Naziri Yariv Levin Parlamentə Ali Məhkəmənin qərarlarının əksinə qanunlar çıxartma səlahiyyətləri vermək planlarının olduğunu açıqlamışdı.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info