İsrail prezidenti İsaak Hersoq Təl-Əvivdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Danışıqlar Amerika diplomatiyasının rəhbərinin Yaxın Şərq səfəri çərçivəsində baş tutub.
Açıqlamaya görə, görüş zamanı Hersoq İsrail-Fələstin münaqişəsi fonunda ABŞ-ın İsrailə dəstəyini yüksək qiymətləndirib.
Prezident İsrailin Qəzza zolağına təcavüzünü “azad dünyanın dəyərlərinə təsir edən müharibə” və “özünümüdafiə” adlandırıb.
Hersoq həmçinin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı iddia qaldırması qərarını tənqid edib.
ABŞ dövlət katibi öz növbəsində Türkiyə, Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfərləri zamanı aparılan danışıqların bir sıra aspektləri barədə İsrail prezidentinə və baş nazirinə məlumat verəcəyini bildirib.
Blinken deyib ki, İsrail rəhbərliyi ilə “müzakirə edəcəyi bir şey” var. Diplomat Qəzza zolağında saxlanılan israilli məhbusların ailə üzvləri ilə də görüşmək niyyətində olduğunu açıqlayıb.
Gununsesi.info