İsrail Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Qəzzada müharibə bitdikdən sonra İsrail Qətərlə “hesablaşacaq”.
Gununsesi.info xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka İsrail ordusu radiosuna verdiyi müsahibədə Qətərin “Həmasın ev sahibliyi və fəaliyyətlərinin qanuniləşdirilməsi ilə bağlı hər şeydəki rolu” ilə bağlı “hesabını çəkəcəyik” deyib.
Qeyd edək ki, Qətər, ABŞ və Misir son günlər Qəzzada atəşkəsin təmin edilməsi və uzadılması və əsir-məhbus mübadiləsini təmin etmək üçün intensiv danışıqlar aparır. Körfəz ölkəsi həm də siyasi təşkilat olduğu və sülh üçün istifadə oluna biləcəyi müddətcə açıq qalacağını bildirən Həmas ofisinə də ev sahibliyi edir.
Çərşənbə axşamı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin Mossad rəhbərləri Qətərin baş naziri ilə İsrail və HƏMAS arasında atəşkəsin uzadılmasını müzakirə ediblər.
Gununsesi.info