İsrailin Xarici Gizli Kəşfiyyatı olan “MOSSAD” İrana xəbərdarlıq edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sərt açıqlamanı “MOSSAD” Başçısı David Barnea səsləndirib.
“İrana bədəl ödətməyin zamanı gəldi”, – deyə Barnea rəsmi Tehrana gərginlik dolu mesaj göndərib.
“MOSSAD” Başçısı David Barnea ölkəsində keçirilən və qatıldığı terrorla mübarizə toplantısında Rusiyanın İrana yüksək dərəcəli silahlar verməsindən danışıb.
“İran Ukrayna savaşında istifadə etməsi üçün Rusiyaya qısa və uzunmənzilli raketlər, PUA-lar satmaq istədi, ancaq bunu əngəllədik”
İsrail rəsmisi Tehranın Rusiyaya digər silahlar da satmaq istəyində olduğunu iddia edərək bunun qarşısının alınacağını vurğulayıb.
“MOSSAD” Başçısı İrana ödədəcəkləri bədəli ərazidəki əməkdaşlıq edən işçiləri və ən yüksək rütbəlilərədək İranın dərinliklərində, hətta paytaxt Tehranda gerçəkləşdirə biləcəklərini dilə gətirib.
Yeri gəlmişkən, İsrail rəsmiləri Rusiya-İran hərbi əməkdaşlığını “təhdid” olaraq dəyərləndirmişdilər.
Tərcümə: Arzu