Qəzza zolağında münaqişənin həlli üzrə danışıqlar avqustun 15-də baş tutacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri bildirib:
“Danışıqların növbəti raundu sabah (avqustun 15-də) Qətərin paytaxtı Dohada baş tutmalıdır”.
Onun sözlərinə görə, İsrail nümayəndə heyətinə Mossad kəşfiyyat xidmətinin direktoru David Barnea başçılıq edəcək.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Co Bayden administrasiyası Ər-Riyadın İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında sülh danışıqlarında vasitəçiliyi naminə Səudiyyə Ərəbistanına 10 mindən çox hava bombası verəcək.
Avqustun 12-də Almaniya, Böyük Britaniya və Fransa ABŞ, Misir və Qətərin Qəzzada münaqişənin həlli üçün danışıqları bərpa etmək çağırışını dəstəkləyiblər.
İlhamə
Gununsesi.info