İsrail Qəzza sektorunda yerüstü əməliyyat planlaşdırır

  • By admin
  • 13 May 2021 17:47

İsrail hərbçiləri Qəzza sektorunda yerüstü əməliyyat keçirilməsi imkanlarını nəzərdən keçirir.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

İsrail ordusunun mətbuat xidmətinin nümayəndəsi Xiday Zilberman bildirib ki, hazırda bütün fəaliyyət variantları, o cümlədən Qəzzada mümkün yerüstü əməliyyat ehtimalı gündəmdə dayanır.

Həmçinin Qəzza sektoru ilə sərhəd bölgəsinə İsrail ordusunun bir neçə briqadası və zirehli texnika cəlb olunub.

Gununsesi.info