İsrail Qəzzada 337 humanitar missiyadan 66-na girişi rədd edib

İsrail hakimiyyəti sentyabrın 1-dən 15-dək Qəzza zolağında 337 humanitar missiyadan 66-na girişə icazə verməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.

Aydınlaşdırılır ki, bu müddət ərzində anklavın şimalına 94 missiya planlaşdırılıb, lakin İsrail tərəfi onlardan 25-dən (27 faiz) imtina edib. Qeyd edildiyi kimi, Qəzzanın cənubuna 243 humanitar missiyanın gəlməsi nəzərdə tutulurdu, lakin onlardan 41-nə (17 faiz) giriş qadağan edilib.

Ötən həftə Fələstinin Həmas hərəkatı Qəzza zolağında atəşkəs üçün yeni şərtləri rədd edib.

Sentyabrın 11-də Siyasi Büro üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi Həmas nümayəndə heyəti Dohada Qətərin baş naziri və Misir kəşfiyyatının rəhbəri ilə görüşüb.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının əsirliyində yaxınlarını itirmiş girovların ailələrinin “fəryadını eşidir” deyib.

İsrail hökumətinin başçısı qaçırılan insanların geri qaytarılması və müharibədə qalib gəlməsi üçün hər şeyi edəcəyinə söz verib.

 

İlhamə

Gununsesi.info