İsrail Qəzzada evə zərbə endirdi: xeyli ölən və yaralanan var

İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsində yaşayış binasını vurması nəticəsində azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bundan əvvəl Livanın “Əl Mayadeen” telekanalı bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin Xan Yunisin mərkəzi hissəsində yerləşən ailələrdən birinin evinə zərbələr endirib. “Al Mayadeen”in məlumatına görə, atəş nəticəsində 6 nəfər ölüb, 27 nəfər yaralanıb. Daha sonra ölənlərin sayının 10-a çatdığı bildirilib.
Oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir. Oktyabrın 27-də İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib ki, yəhudi dövləti Qəzza zolağında quru hərbi əməliyyatların miqyasını genişləndirir.
Gununsesi.info