İsrail Qəzzada həbs edilə 19 fələstinlini sərbəst buraxıb

İsrail 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında davam edən hücumlarda saxladığı 19 fələstinlini azad edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səhhətlərinin pis olduğu bildirilən fələstinlilər şəhərdəki Əqsa Şəhidləri Xəstəxanasına gətirilib.

Müalicə olunan fələstinlilərin cəsədlərində işgəncə izləri görünüb.

Azadlığa buraxılan fələstinlilər İsrail həbsxanalarında olduqları müddətdə “dəhşətli təcrübələrə, aclıq, döyülmə və təhqir kimi müxtəlif işgəncə üsullarına məruz qaldıqlarını” bildiriblər.

İsrail ordusu Qəzza zolağında qurudan hücumlara başladıqdan sonra qadın, uşaq, səhiyyə və mülki müdafiə işçiləri də daxil olmaqla minlərlə fələstinlini həbs edib.

Onlardan bir neçəsi sonradan sərbəst buraxılsa da, digərlərinin taleyi məlum deyil.

İsrail qüvvələri tərəfindən nəzarətə alınan və daha sonra sərbəst buraxılan fələstinlilərin ifadələrinə görə, saxlandıqları müddətdə İsrail ordusu tərəfindən döyülmə, işgəncə, təhqir və sorğu-suallara məruz qaldıqlarını bildiriblər.

Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının Əsir və Azad Edilmiş Şəxslər Nümayəndəliyi tərəfindən “26 İyun İşgəncə Qurbanları ilə Beynəlxalq Həmrəylik Günü” münasibəti ilə dərc edilən birgə hesabatda bildirilir ki, fələstinlilərin əksəriyyətinin İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bəri İsrail həbsxanalarında ən az 18 nəfər həyatını itirib.

HƏMAS-ın verdiyi açıqlamalarda da qeyd olunub ki, İsrail həbsxanalarında olan fələstinli məhbuslar “aclıq, alçaldılma, təqib, tibbi laqeydlik, qətl və edam daxil olmaqla ən qəddar və dəhşətli qisas formalarına məruz qalırlar”.

 

Şəbnəm

Gununsesi.info