İsrail Qəzzaya hücum etdi: Ölənlər var

İsrail ordusu Qəzza şəhərinin Rimal rayonundakı iki evə hücum edib.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, nəticədə 4 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Eyni zamanda Qəzzanın cənub-şərqindəki Zeytun rayonunda “Təfiş” ailəsinə də hücum edilib, bir fələstinli həlak olub, bir neçəsi isə yaralanıb.

İsrail ordusuna məxsus tanklar gecə boyu Zeytun rayonunun şərqindəki əraziləri bombalamağa davam edərkən, Qəzza zolağının mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsinin qərbinə də intensiv atəş açıb.

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 841-i uşaq, 12 min 298-i qadın olmaqla 46 min 6 fələstinli həyatını itirib, 109 min 378 nəfər yaralanıb.

Qeyd edək ki, dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

 

Orxan

Gununsesi.info