İsrailin mühasirədə olan Qəzza zolağının müxtəlif ərazilərinə hava və artilleriya zərbələri nəticəsində çoxlu sayda ölən və yaralanan mülki vətəndaş var.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Qeyd edilib ki, xüsusilə, Xan Yunus və Rəfah, Deyr əl-Belah və Cebaliya şəhərləri hücuma məruz qalıb.
Rafahda İsrail döyüş təyyarələri Küveyt xəstəxanasının yaxınlığındakı yaşayış massivindədir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başladığını elan edib.
Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub. HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və israilli mühacirlər tərəfindən fələstinlilərə qarşı artan zorakılığa cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında onlarla döyüş təyyarəsindən istifadə etməklə HƏMAS-a qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını elan etdi və bu, daha da genişlənərək Qəzza əhalisinin qətliamına çevrildi. Oktyabrın 27-də İsrail Qəzzada qurudan hərbi əməliyyata başlayıb.
Hazırda İsrailin hücumları nəticəsində ölənlərin sayı 18,6 min nəfəri keçib ki, onların da əksəriyyəti qadın və uşaqlardır. Eksklavda dağılmış binaların dağıntıları altında minlərlə ölü var.
Qəzzanın 2,3 milyon sakini İsrailin kütləvi hava, quru və dəniz bombardmanları və eksklavın tam blokadası səbəbindən qida, su və dərman çatışmazlığından əziyyət çəkir.
İsrailin keçən aydan bəri mühasirədə olan eksklava havadan və qurudan təşkil etdiyi hücumlar nəticəsində xəstəxanalar, məscidlər və kilsələr də daxil olmaqla minlərlə bina da zədələnib və ya tamamilə dağılıb.
İsraildə ölənlərin sayı 1200-ə yaxındır.
Gununsesi.info