İsrail Qəzzaya yenidən hücum edib

İsrail ordusunun Qəzza şəhər mərkəzinin şərqində həyata keçirdiyi hücumlarda ən azı 5 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.

Gununsesi.info  xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyində yer alan xəbərə görə, İsrail döyüş təyyarələri Qəzza şəhər mərkəzinin şərqindəki Sahabe rayonunda iki evi bombalayıb.

Bildirilir ki, Elbenna ailəsinə aid iki evə edilən hücumda ən azı 5 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin şərqindəki Ed-Durc məhəlləsində bir evi bombalaması nəticəsində aralarında qadın və uşaqların da olduğu azı 6 nəfər yaralanıb.

İsrail Qəzza zolağının mərkəzində Əl-Muğraqa bölgəsində bir çox binanı partlayıcılarla partladıb.

Qəzza xalqı mülki müdafiə qruplarının köməyi ilə Xan Yunis şəhərinin şərqindəki Beni Süheyla qəsəbəsində İsrailin bombaladığı evlərin dağıntıları altından çox sayda insanın cəsədini çıxarıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 172-si uşaq və 10 min 798-i qadın olmaqla 39 min 175 fələstinli ölüb, 90 min 403 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

 

 

Şəbnəm

Gununsesi.info