İsrail Qəzza zolağını vurdu - Raket zavodu və tunellər havaya uçdu

  • By admin
  • 26 Dekabr 2020 12:56

İsrail Qəzza zolağına aviazərbələr endirib.

Gununsesi.info xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri zolağın mərkəzində yerləşən Əl-Bureyc qaçqın düşərgəsi və Deyr Bəlah bölgəsinə bombalar atıb.

Hadisə şahidlərinin məlumatna görə, şəhərin şərq hissəsindəki Tuffah rayonuna vurulan zərbələr nəticəsində mülki yaşayış obyektlərinə zərər dəyib.

İsrail ordusu tvitterdən verdiyi açıqlamada Həmas hərəkatına aid raket istehsalı müəssisəsi, tunel və hərbi bölgənin vurulduğunu bildirib.

Gununsesi.info