İsrail Qəzzaya hücum etdi – 12 nəfər qətlə yetirildi

  • By admin
  • 09 May 2023 12:36

İsrail rejimi yenidən Fələstinin Qəzza şəhərinə hücum edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, gerçəkləşdirilən qanlı hücum zamanı 12 nəfər ölüb.

Öldürülənlər arasında uşaqlar və qadınlar da var. Olayda 20 nəfərin yaralandığı bildirilir.

 

Hücumu İsrailin Daxili Gizli Kəəşfiyyat Təşkilatı “Şabak” gerçəkləşdirib.

Fələstinin Səhiyyə Nazirliyi ölənlərin və yaralıların sayını təsdiq edib.

Qanlı qətliamdan sonra İslami Cihadın silahlı qolu Qüds Tuqaylarının sözcüsü Tariq Silmi buna sərt reaksiya verib:

“İşğalçı güclərin cinayətlərinə qarşılıq olaraq dirəniş qüvvələrinin qarşısında bütün seçim və ssenarilər açıqdır. İşğala son verilənədək dirəniş dayanmayacaq. Şəhidlərin intiqamı alınacaq”.

Digər tərəfdən, Fələstinin Həmas Hərəkətiniin lideri İsmayıl Həniyə də yaşananların ardından yazılı açıqlama verib.

“İsrail sui-qəsd əməliyyatları hesablamasında yanıldı. Bədəlini ödəyəcək. Xain əməliyyatla liderlərə sui-qəsd gerçəkləşdirilməsi işğala təhlükəsizlik qazandırmayacaq. Əksinə, dirənişi daha da artıracaq”.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info