
İsrail Fələstin hərəkatının anklavda saxladığı israilli əsirlərin azad edilməsi müqabilində Qəzza zolağından qoşunlarının çıxarılmasını nəzərdə tutan HƏMAS ilə razılaşmanı qəbul etməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yəhudi məskənlərindən birində yerləşən Bney David Hərbi Akademiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İsrail “məqsədlərinə çatana və qalib gələnə qədər” Qəzzanı vurmağa davam edəcək.
Baş nazir əlavə edib ki, Təl-Əviv də İsrail həbsxanalarında saxlanılan minlərlə fələstinli əsiri azad etmək niyyətində deyil.
Yanvarın 28-də Parisdə ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə danışıqlar aparılıb, danışıqlarda yeni əsir mübadiləsi və Həmas ilə İsrail arasında münaqişədə atəşkəs müzakirə edilib.
İsrail baş nazirinin ofisi görüşü “konstruktiv” adlandırıb. Qeyd olunub ki, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları mövcuddur.
Gununsesi.info